Turistlərin Baykala girişi məhdudlaşdırıla bilər


Digərləri 26 İyn 2019 17:30:00 227 0

Turistlərin Baykala girişi məhdudlaşdırıla bilər

Rusiya Prezidentinin təbiəti mühafizə fəaliyyəti, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi Sergey İvanov bildirib ki, turistlər Baykalı zibillədiklərinə görə onların gölə girişi məhdudlaşdırıla bilər.

O deyib: "Baykalda sənaye tullantıları praktiki olaraq yoxdur. Lakin məişət tullantıları durmadan artır. Baykala milyonlarla turist gəlir, onların arasında vəhşi insanlar az deyil. Sahildə tonlarla zibil atılıb qalıb".

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İvanovun sözlərinə görə, Baykala giriş mühafizə olunan digər təbiət ərazilərinə olduğu kimi məhdudlaşdırıla bilər.

O deyib: "Gec-tez Baykala turist axınını məhdudlaşdırmaq lazım gələcək".