2019cu ilin ən etibarlı avtomobili


Digərləri 26 İyn 2019 15:18:00 205 0

2019cu ilin ən etibarlı avtomobili

Amerikalı mütəxəssislər 2019-cu ilin ən etibarlı avtomobilinin adını açıqlayıblar.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, "JD Power" analitika şirkəti Şimali Amerika bazarında ən etibarlı avtomobillərin siyahısını hazırlayıblar. Məlum olub ki, artıq ikinci ildir ki, Cənubi Koreya şirkətləri siyahıya liderlik edirlər. Bu, "Genesis", "Kia" və "Hyundai" brendləridir.

Məlum olub ki, bu avtomobillərin keyfiyyətli avtomobil siyahısında reytinqi yüksəlib. 22 mükafatdan 6-sına layiq görülüb.

Bazarda ən çox satılan avtomobillər "Kia"nın payına düşüb. "Rio" modeli daha populyar və problemsizdir. "Sorento" modeli isə orta ölçülü avtomobillər siyahısında birincidir.

Kiçik ölçülü krossover kimi "BMW X1" birinci yerə layiq görülüb. Orta sinif üçün isə "Hyundai Tucson" birinci yeri tutub. Premium sedanlar arasında "Acura İLX" modeli liderdir. Kompakt şəhər maşınları seqmentində isə "Toyota Corolla" modeli birincidir.