Xırdalanda azyaşlını vurub qaçan “KamAZ” sürücüsü saxlanıldı


Digərləri 26 İyn 2019 14:34:00 200 0

Xırdalanda azyaşlını vurub qaçan “KamAZ” sürücüsü saxlanıldı

İyunun 25-də saat 18 radələrində Xırdalan şəhərinin Nizami küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Məhəmməd Xəlilov vurulub və hadisə yerində həyatını itirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "KamAZ" markalı avtomobillə törədildiyi müəyyən edilib.

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Masazır kənd sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.