Bu ölkədə İŞİD ilə əlaqədə olmaqda şübhəli bilinən səxslər saxlanılıb


Dünya 26 İyn 2019 14:09:00 200 0

Bu ölkədə İŞİD ilə əlaqədə olmaqda şübhəli bilinən səxslər saxlanılıb

Nikaraqua polisi İŞİD terrorçu qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinən dörd əcnəbinin həbs olunması barədə məlumat yayıb.

Son.az Trend-ə istinadən bildirir ki, həmin şəxslər Rivas departamentində ordu əməliyyatı çərçivəsində saxlanılıb.

Polis saxlanılanların adını və milliyyətini açıqlayıb: iki misirli Mohamed İbrahim və Mahmud Eyssa, və iki iraqlı Əhməd Qanim Mohammed Əl-Curubi və Mustafa Əli Mohammed Yaxub.

Şəxsliyyətlərinin müəyyən edilməsindən və operativ tədbirlər aparıldıqdan sonra dörd saxlanılan şəxs Kosta Rikaya ekstradisiya olunması üçün baş miqrasiya idarəsinə aparılıb. Qeyd edilir ki, onlar Niqaraquaya məhz Kosta-Rikadan gəlib.