Bəyin əmisi nişan mərasimində döyüldü


Digərləri 26 İyn 2019 13:59:00 266 0

Bəyin əmisi nişan mərasimində döyüldü

Bakıda nişan mərasimində dava olub.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində baş verib.

Belə ki, bəyin əmisi 1973-cü il təvəllüdlü Qalıyev Vüqar Paşa oğlu qonaqlar tərəfindən döyülüb. Qapalı kəllə-beyin travması alan yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.