Badmintonçumuz “Minsk 2019”da 1/8 finala vəsiqə qazanıb


Digərləri 26 İyn 2019 10:51:08 230 0

Badmintonçumuz “Minsk 2019”da 1/8 finala vəsiqə qazanıb

Badmintonçumuz Ezmi Qovimuramadhoni "G" qrupunda keçirdiyi ardıcıl ikinci görüşündə qələbə qazanaraq son turun nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqə qazanıb.

Bakı. Badmintonçumuz Ezmi Qovimuramadhoni "G" qrupunda keçirdiyi ardıcıl ikinci görüşündə qələbə qazanaraq son turun nəticəsindən asılı olmayaraq 1/8 finala vəsiqə qazanıb. Azərbaycan Badminton Federasiyasından Trend-ə verilən məlumata görə, Ezmi ikinci turda Lüksemburq təmsilçisi Robert Mann üzərində 2:0 (21-18,21-15) hesablı qələbə qazanaraq bu şərəfə nail olub. Xatırladaq ki, Ezmi ilk oyununda Rumıniya badmintonçusu Kollins Valentin Filimona 2:1 (21-19,18-21,21-10) hesabı ilə qalib gəlib. Ezminin bu mərhələdə son oyunu bu gün qrupun reytinq favoriti Rusiya idmançısı Vladimir Malkovla olacaq. Oyunun planlaşdırılan başlama saatı Bakı vaxtı ilə saat 14:00-dır.