Milli Oftalmologiya Mərkəzi Gədəbəy sakinləri üçün aksiya keçirir


Digərləri 26 İyn 2019 10:47:00 213 0

Milli Oftalmologiya Mərkəzi Gədəbəy sakinləri üçün aksiya keçirir

Bu gün və sabah Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonunda tibbi aksiya keçirəcək.

Bakı. İlhamə İsabalayeva - Bu gün və sabah Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar klinikası Gədəbəy rayonunda tibbi aksiya keçirəcək. Mərkəzdən Trend-ə verilən məlumata görə, aksiyada məqsəd Gədəbəy sakinlərini müayinə və müalicə etmək, ehtiyac olduğu zaman xəstələr üzərində cərrahiyyə əməliyyatı aparmaqdır. Aksiyanın məqsədi həm də göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir. MOM-un Səyyar Klinikası 2005-ci ildə yaradılıb. Səyyar Klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. 2018-ci ildən isə MOM-un Səyyar Qatarı fəaliyyətə başlayıb.