Türkiyədə avtobus qəzası - 10-dan çox ölü


Digərləri 26 İyn 2019 10:22:54 207 0

Türkiyədə avtobus qəzası - 10-dan çox ölü

Türkiyənin şimal-qərbindəki Ədirnə vilayətində qeyri-leqal miqrantları aparan avtobus qəzaya uğrayıb

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin şimal-qərbindəki Ədirnə vilayətində qeyri-leqal miqrantları aparan avtobus qəzaya uğrayıb. Trend-in məlumatına görə, hadisə nəticəsində 11 nəfər həlak olub. Daha 30 nəfərin isə xəsarət aldığı deyilir. Qeyd olunur ki, avtobus beton divara çırpılıb.