Bakıda qapıpəncərə sexi yanıb


Digərləri 26 İyn 2019 10:14:00 226 0

Bakıda qapıpəncərə sexi yanıb

Bakıda qapı-pəncərə sexi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Suraxanı rayonunda ümumi sahəsi 50 m² olan tikilinin (qapı-pəncərə sexi kimi fəaliyyət göstərir) içərisində plastik və rezin materiallar yanıb.

Tikilinin qalan hissəsi və digər tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.