Ərdoğan səlahiyyətlərini təhvil verdi


Dünya 26 İyn 2019 10:04:00 190 0

Ərdoğan səlahiyyətlərini təhvil verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Resmi gazete" nəşrində dərc olunan qərarda deyilir.

Məlumata görə, bu addım R.T.Ərdoğanın Yaponiyaya səfəri ilə əlaqədardır.

Bildirilir ki, R.T.Ərdoğan 28-29 iyun tarixlərində Osaka şəhərində G20 ölkələrinin zirvə toplantısında iştirak edəcək.

Qeyd edək ki, G20 sammitinə isə Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Meksika, Cənubi Koreya, Cənubi Afrika, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı və Yaponiya, İspaniya, Sinqapur, Tayland, Misir, Seneqal, Çili, Vyetnam, Hollandiya, həmçinin Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Dünya Ticarət Təşkilatı və s. ölkə və təşkilatlar daxildir.