Azərbaycanda qızıl hasilatı artır


Digərləri 26 İyn 2019 09:34:00 233 0

Azərbaycanda qızıl hasilatı artır

2019-cu ilin yanvar-may aylarında Azərbaycanda 1,395 min kiloqram qızıl hasil olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,8 faiz çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Hesabat dövründə 1,364 min kiloqram gümüş hasil olunub. Bu göstərici, 2018-ci ilin ilk beş ayı ərzində 18,1 faiz çoxdur.

Bu ilin yanvar-may aylarında hasil olunan misin həcmi 805 ton təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 44,9 faiz çoxdur.