Türkiyədə yol qəzası nəticəsində iki nəfər həlak olub


Dünya 26 İyn 2019 08:49:00 224 0

Türkiyədə yol qəzası nəticəsində iki nəfər həlak olub

Türkiyənin Muğla vilayətində baş verən qəza nəticəsində iki nəfər həlak olub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə yerinə çox sayda jandarma, polis əməkdaşları, təcili yardım və yanğınsöndürmə briqadaları gəlib.

Məlumata əsasən, iki nəfər hadisə yerində dünyasını dəyişib, xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib.

Avtomobillər qəza yerindən çıxarıldıqdan sonra yolda hərəkət bərpa edilib.