Ağ Evin yeni mətbuat katibi təyin edilib


Dünya 26 İyn 2019 08:28:00 233 0

Ağ Evin yeni mətbuat katibi təyin edilib

ABŞ-ın birinci xanımının mətbuat katibi Stefani Qrişem Ağ Evin sözçüsü olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə öz "Twitter" səhifəsində Melanya Tramp yazıb.

M.Tramp deyib: "Stefani Qrişemın növbəti mətbuat katibi və xarici əlaqələrin direktoru (Ağ Ev) olacağını elan etməkdən məmnunam. 2015-ci ildən bəri bizimlə birlikdə olmuşdur. Prezident və mən administrasiyanın və ölkənin xidmətində daha uyğun bir insan təsəvvür edə bilmərik".