Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü


Digərləri 26 İyn 2019 07:25:00 174 0

Sumqayıtda 35 yaşlı qadını maşın vurub öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakı. Samir Əli - Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Trend-in məlumatına görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. Sumqayıt şəhər sakini Qəribov Orxan İlham oğlu idarə etdiyi "Changan" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 30-35 yaşlı qadını vurub. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.