Yuxuya gedən qızı təyyarədə unutdular


Digərləri 26 İyn 2019 01:30:00 241 0

Yuxuya gedən qızı təyyarədə unutdular

Kanadada maraqlı hadisə baş verib.

Son.az ölkə.az-a istinadən bildirir ki, Kvebekdən Torontoya uçan qız uçuş zamanı yuxuya getdiyi üçün təyyarədə qalıb. Sərnişin təyyarəsi hava limanında enəndə stüardessalar yuxuya gedən sərnişini görməyiblər. Təyyarəni isə dayanacağa çəkiblər.

Sərnişinin sözünə görə, reys saat yarım davam edib:

"Mən yuxudan ayılanda artıq gecə idi. Təyyarə bir neçə saat idi ki, hava limanına enmişdi. Qaranlıq və soyuq idi".

Qızın telefonunun enerjisi bitdiyi üçün təyyarədə bir fənər tapdı və pəncərəni işıqlandırdı. Tezliklə yükdaşıyan işçilərdən biri bunu gördü və qızı xilas etdi.