Silahlılar Suriyada 12 yaşayış məntəqəsini atəşə tutublar


Digərləri 26 İyn 2019 01:10:00 330 0

Silahlılar Suriyada 12 yaşayış məntəqəsini atəşə tutublar

Silahlılar sutka ərzində Suriyanın Latakiya və Həma vilayətlərinin 12 yaşayış məntəqəsini atəşə tutublar

Bakı. Silahlılar sutka ərzində Suriyanın Latakiya və Həma vilayətlərinin 12 yaşayış məntəqəsini atəşə tutublar. Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib. A.Bakin qeyd edib: "Sutka ərzində silahlılar Latakiya vilayətinin Nahşebba (iki dəfə), Safsafa (iki dəfə), Əyn-Əl-Kantara, Raşa, Royset-Ruşu, Sandran, Bşarfa, Daxr-Abu-Asad, Mqaret, Kara-Şaaban yaşayış məntəqələrini, Həma vilayətinin Calama, Kara-Curn və Skalbiya yaşayış məntəqələrini atəşə tutub".