ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib (FOTO)


Digərləri 26 İyn 2019 00:40:00 264 0

ADU-da Yapon dili Natiqlik Müsabiqəsi keçirilib (FOTO)

Azərbaycan Dillər Universitetində GUAM +B ölkələrinin 6-cı Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsi təşkil edilib.

Bakı. Azərbaycan Dillər Universitetində GUAM +B ölkələrinin 6-cı Beynəlxalq Yapon dili Natiqlik Müsabiqəsi təşkil edilib. ADU-dan Trend-ə verilən məlumata görə, müsabiqə beş dövlətin – Gürcüstan, Ukrayna, Moldova, Belarusiya və Azərbaycanın iştirakı ilə keçirilib. Hər il Yapon Fondu tərəfindən dəstəklənən və keçirilməsi nəzərdə tutulan bu müsabiqə Azərbaycanda 2-ci dəfə keçirilir. Universitetin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla və Yaponiyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Katori Teriyuki çıxış edərək, tədbirin əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Yapon dili bacarığının inkişaf etdirilməsi məqsədilə nəzərdə tutulan müsabiqə ölkələrarası beynəlxalq əməkdaşlıq və dostluq münasibətlərinin inkişaf etdirilməsi baxımından da böyük əhəmiyyətə malikdir. 15 nəfər tələbənin qatıldığı bu yarışmada Azərbaycanı 4 nəfər tələbə təmsil edib ki, onların da 2 nəfəri ADU-nun Beynəlxalq münasibətlər və İdarəetmə fakültəsinin tələbələri Lalə Bağırova və İlahə Məmmədova olub. Müsabiqənin 15 iştirakçısı içərisində ADU-nun tələbələri natiqlik bacarığının yüksəkliyi ilə digər iştirakçılarından seçilib. Hər iki tələb yarışmaya çox ciddi hazırlaşıb və onların hər biri kürsünün ən yüksək yerlərinə layiq ola biləcək səviyyədə olublar. Lalə Bağırova 2-ci, İlahə Məmmədova isə 3-cü yerə layiq görülüb.