Həccin mükafatı nədir?


Digərləri 25 İyn 2019 23:50:00 229 0

Həccin mükafatı nədir?

İmam Baqirdən (ə) soruşurlar ki, niyə Allah evinin ziyarətini həcc adlandırıblar? Əziz İmam (ə) buyurur: "Filankəs həcci yerinə yetirdi, yəni nicat tapanlardan oldu".

İmam Səccad (ə) buyurur: "Həcc və ümrəni yerinə yetirin ki, bədəniniz salamat olsun. Ruziniz çoxalsın".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim dünya və axirət istəyir - Allah evinə getsin".

İmam Səccad (ə) buyurur: "Beytullahın zəvvarı bağışlanar və behişt ona vacib olar. Əməllərinə əvvəldən başlayar və malı qorunmuş olar".

İmam Sadiqdən (ə) soruşurlar ki, çoxlu borcumuz vardır və həccə getməyə imkanımız yoxdur. Ona görə də bizə dua öyrədin. İmam (ə) buyurur: "Hər vacib namazdan sonra bu duanı oxuyun: "Allahım, Muhəmməd (s) və Ali-Muhəmmədə (ə) salavat göndər və mənim dünya və axirət dinimi əda et!".

Soruşurlar ki, dünya dini məlumdur, bəs axirət dini hansıdır?

İmam (ə) buyurur: "Axirət dini - həccdir".

Həzrət Peyğəmbər (s) buyurur: "Allah evinin ziyarətinə gedənlər üçün atdıqları hər addıma görə həsənə qeyd olunar və ayaqlarını qoyan zaman bir günahı bağışlanar.

Həcc əməlindən ayrılan zaman onlara elan olunar ki, tikili inşa etmisiniz və onu xarab etməyin. Keçmiş günahlarınız bağışlanmışdır və bundan sonra yaxşı əməllər yerinə yetirin".

İmam Baqir (ə) buyurur: "Hər kim Quranı Məkkədə xətm edər - dünyadan getməz, məgər o halda ki, Peyğəmbəri (s) və behiştdəki yerini görər".

İmam Sadiq (ə) buyurur: "Allah, sükut və Onun evinə tərəf getməklə daha üstünü ilə ibadət olmamışdır".