Bakıda "avtoş" polisləri arxasına salıb şəhəri birbirinə qatdı


Digərləri 25 İyn 2019 23:11:00 223 0

Bakıda "avtoş" polisləri arxasına salıb şəhəri birbirinə qatdı

Polisin saxla əmrinə tabe olmayan sürücü yol boyu təhlükəli manevrlər edir. Hətta bir neçə dəfə qarşı zolağa çıxan sürücü işıqforun tələbinə də məhəl qoymur.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, 4 cü kurs tələbəsi olan Kamran Qasımov əməlləri narkotik maddənin təsiri altında edib. İşıqforda dayanan avtomobili saxlayan yol polisinə qarşı da zor tətbiq edib.

Yol boyu təhlükəli hərəkətlər edən sürücü digər hərəkət iştirakçılarına da ziyanvurub. O, 4 vətəndaşın avtomobilini də əzib.

Kamran Qasımov ilkin ifadəsində sadəcə qorxduğu üçün tabe olmadığını deyərək özünə bəraət qazandırmağa çalışsa da, Narkoloji Dispanserdə müayinə zamanınarkotik vasitələrinin təsiri altında olduğu təsdiqlənib.