Hiperaktiv uşaqlarla necə davranmalı?


Digərləri 25 İyn 2019 23:04:00 211 0

Hiperaktiv uşaqlarla necə davranmalı?

Həddindən artıq hərəkətli uşaqlar bəzən valideynlərinə çətin anlar yaşadır. Onların davranışları hərdən etik normaları belə aşır.

Bu isə problemin ilkin siqnalıdır. Hiperaktivlik - "hiper" yunanca yüksək, "aktivas" hərəkət və ya hərəkətli deməkdir. Bu termin aktiv, davranış sistemini tənzimləyə bilməyən uşaqları ifadə edir. Bu tip balacalar ətraf mühitlə münasibətdə müəyyən mənada çətinlik yaşayır.

"Ailələrdən  gələn ən çox şikayət isə uşaq yeməyini zülmlə yeyir, hər şeyə aid suallar verir" - mütəxəssislər belə deyir.

Son.az azedu.az-a istinadən xəbər verir ki, psixoloq Aygün Cəfərova mövzu ilə bağlı Medicina.az-a ətraflı danışıb: "Əgər uşaq çox sual verirsə, hər şeylə maraqlanırsa, bu, nadinclik demək deyil. Sadəcə uşaqda yaranan maraqların göstəricisidir. Belə olan təqdirdə əgər valideynlər uşaqları diqqət mərkəzində saxlaya bilmirsə, məsələn, onların suallarına cavab vermirsə, uşaqlar başlayırlar digər vasitələrlə diqqət cəlb etməyə. Beləliklə, nadinclik edirlər".

Bunu valideynlər çox vaxt hiperaktivlik kimi qiymətləndirirlər. Lakin mütəxəssislər bunun düzgün olmadığını bildirirlər. Psixoloq Aygün Cəfərova məsələni belə izah edir: "Əslində onlar bu hərəkətləri ilə valideynlərin və ətrafdakıların diqqətini cəlb eləmək istəyirlər. Uşaqlar bu addımı diqqətdən kənarda qaldıqlarını hiss etdiklərində atırlar. Ailədən uşağa ötürülən sevgi azlığı onları nadinclik, dəcəllik etməyə sövq edir".

Sevgi çatışmazlığından gələn şuluqluq