Bakılı tələbələrin fransız müəllimlərinə "sürpriz"i baha başa gəldi


Digərləri 25 İyn 2019 23:06:00 256 0

Bakılı tələbələrin fransız müəllimlərinə "sürpriz"i baha başa gəldi

Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetindətələbələr imtahan suallarını oğurlayıb. Hadisənin üstü isə iyunun 10 da fransız müəllimlərinimtahanın nəticələrinin yoxlaması zamanı açılıb.Beləki, müvəffəqiyyət göstəricisi aşağı olan tələbələrin imtahanda yüksək nəticə əldə etməsi müəllimlərdə şübhə yaradıb. Aparılan araşdırmadan sonra tələbələrin sualları imtahandan əvvəloğurladığı məlum olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əsgərovun sözlərinə görə,bir qrup tələbə xüsusi kompüter proqramı vasitəsi ilə riyaziyyat və fizika fənlərini tədris edən müəllimlərin tərtib etdiyi yekun imtahan suallarını və onların cavablarını əvvəlcədən əldə ediblər.

Bundan sonra isə baş vermiş hadisə ilə bağlı, universitet rəhbərliyi II kurs bütün ixtisaslar üzrə təhsil alan tələbələrin fizika və riyaziyyat fənləri üzrə keçirilən yekun imtahan nəticələrinin ləğv edilməsi və 27-28 iyun tarixlərində təkrar imatahanların keçirilməsinə dair qərar qəbul edib.

Vazeh Əsgərov bildirdi ki,hadisə ilə bağlı I kurs üzrə təhsil alan bütün tələbələrlə görüş keçirilib. Ümumilikdə qanunsuz hadisənin günahkarlarının müəyyənləşdirilməsi üçün araşdırmalar davam edir. Bundan sonra onlar təhsil müəssisəsinin rəhbərliyi tərəfindfən cəzalandırılacaq.