Azərbaycan nefti ucuzlaşıb


Digərləri 25 İyn 2019 22:45:00 187 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 24-də 65,51 dollar/barel təşkil edib

Bakı. CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 24-də 65,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,25 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 64,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,2 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,87 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel azdır.