Həzrəti Nuh öz vəsiyyətində nəyi qeyd edir?


Digərləri 25 İyn 2019 22:40:00 221 0

Həzrəti Nuh öz vəsiyyətində nəyi qeyd edir?

İmam Sadiq (ə) nəql edir: "Həzrət Nuh (ə) gəmidən enəndən sonra 50 il ömür sürür. Ömrünün sonunda Cəbrayil (ə) ona nazil olur və Allahın əmrini ona deyir: "Ey Nuh! Öz nübuvvətini sona çatdırmısan və ömrün sona çatmışdır. Sənin yanında olan nübuvvət elmini və böyük adı oğlun Sama tapşır. Çünki Mən yer üzünü hüccətsiz qoymuram. Mənim sünnətim belədir ki, hər qövm üçün yolgöstərən və hidayət edən seçirəm ki, xoşbəxtləri haqqa tərəf hidayət etsinlər. Bədbəxtlər üçün isə hüccəti kamil edənlər olsunlar".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Nuh (ə) da bu əmri yerinə yetirir. Samı öz vəsisi qərar verir. Həmçinin davamçılarına Hud adlı peyğəmbərin gələcəyini müjdə verir. Vəsiyyət edir ki, Hud zühur edən zaman onun ardıcılı olsunlar.

Həmçinin vəsiyyət edir ki, bu vəsiyyətnaməni ildə bir dəfə açsınlar və oxusunlar. Həmin günü özləri üçün bayram günü elan etsinlər.

Nuh (ə) - o peyğəmbərlərdən idi ki, ən uzun ömürə malik olmuşdur. Ona görə də ona Şeyxul-ənbiya deyirlər. Uzun yaşamasına baxmayaraq, bu dünyaya heç bir zaman ürək bağlamamışdır. Özünü həmişə müsafir bilmişdir.

Ömrünün son illərində bir nəfər ondan soruşur ki, dünyanı necə gördün?