Volkswagen şirkəti yeni Golf modelinin satış tarixini açıqlayıb


Digərləri 25 İyn 2019 22:30:00 259 0

Volkswagen şirkəti yeni Golf modelinin satış tarixini açıqlayıb

Səkkizinci nəsil Volkswagen Golf modelinin satışlarına bu ilin sonunda başlanacaqdır. Artıq alman şirkəti avtomobilin seriya istehsalına hazırlıq mərhələsinə qədəm qoyub. Bu barədə məlumatı Volkswagen şirkətinin başçısı Herbert Diss şirkətin daxili yığıncağında bildirib.

Son.az autograph.az-a istinadən bildirir ki, yeni nəsil Golf modelinin əsasını MQB modul platforması təşkil edir. Hetçbekin səkkizinci nəslinin mühərrik çeşidinə 1,0 - 2,0 litr arasında həcmləri olan üç və dörd silindrli mühərriklər daxil olacaqdır. Güc aqreqatları altı pilləli mexaniki və ya yeddi pilləli "robot" ilə təchiz ediləcəkdirlər.