Qadın ərinin pulundan icazəsiz götürüb xərcləyə bilərmi?


Digərləri 25 İyn 2019 22:15:00 229 0

Qadın ərinin pulundan icazəsiz götürüb xərcləyə bilərmi?

Ailə qarşılıqlı inam və etibar üzərində qurulmalıdır. Tərəflər arasında yalan və hiylə varsa, o ailənin möhkəmliyindən danışmağa dəyməz. Ailə üzvləri bir-birinin əmlakına icazəsiz müdaxilə edə bilməzlər.

Son.az islam.az-a istinadən bildirir ki, qadın ərindən icazəsiz onun cibindən pul götürüb xərcləyə bilməz. Bunu etdiyi zaman mütləq xəbərdarlıq etməli və icazə almalıdır. Amma əgər kişi onun cibindən istənilən  vaxt pul götürməyə icazə vermişsə, bu halda qadın bunu edə bilər. Amma bu zaman da xəbərdarlıq etməsi lazımdır. Ən azından ona görə ki, kişi cibində müəyyən məbləğin olmasına arxayındır, həmin məbləği cibində tapmayanda pis vəziyyətə düşə bilər. Kişi maaşını evdə qoymuşsa və həmin pul evə lazım olan əşyaları almaq üçün nəzərdə tutulmuşsa, bu halda qadın israfa yol vermədən həmin puldan özü məsləhət bildiyi şəkildə xərcləyə bilər.