Koenigsegg Jesko hiperkarının xüsusi versiyasını hazırlayıb FOTO


Digərləri 25 İyn 2019 22:01:00 232 0

Koenigsegg Jesko hiperkarının xüsusi versiyasını hazırlayıb  FOTO

Koenigsegg şirkəti dilerlərdən birinin sifarişi ilə Jesko hiperkarının xüsusi versiyasını hazırlayıb. Red Cherry Edition adını almış xüsusi versiya eksteryer tərtibatı və karbondan hazırlanmış təkər diskləri ilə seçilir.

Son.az autograph.az-a istinadən bildirir ki, Koenigsegg Jesko modelinin təqdimatı bu ilin mart ayında keçirilmiş Cenevrə avtosalonunda baş tutub. Hiperkarın istehsalına 2020-ci ilin sonunda başlanmalıdır. Buna baxmayaraq, avtomobilin 125 nüsxəlik tirajı artıq satılıbdır. Koenigsegg Jesko Red Cherry Edition verisyasının peyda olması isə, avtomobili xüsusi versiyada da sifariş etməyin mümkün olduğundan xəbər verir.

Xüsusi seriya qara-qərmızı rəngli kuzovu, çoxsaylı karbon aksentləri və karbonplastikdən hazırlanmış 20 (ön) və 21 (arxa) düymlük təkər diskləri ilə seçilir. Red Cherry Edition modelinin interyeri barədə məlumat verilməyib. İnteryerin şəkilləri dərc edilmədiyindən salonda baş vermiş dəyişikliklər barədə mülahizə yürütmək mümkün deyil.

Koenigsegg şirkətinin banisi Kristian fon Köniqseqqin atası Jeskonun şərəfinə adlandırılmış hiperkar 1600 at qüvvəsi və 1500 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 turboaqreqatı və səkkiz pilləli LST "robotu" ilə təchiz edilir.


Xəbərə aid fotolar