Allahın xüsusi bəndələrinin 7 amili


Digərləri 25 İyn 2019 21:50:00 215 0

Allahın xüsusi bəndələrinin 7 amili

Əgər Qurana nəzər salsaq görərik ki, Allahın xüsusi bəndələri olanlar o kəslərdir ki, qələbə çalır və nicat tapırlar. İlahi qürb məqamına çatmaq - onların tək arzusudur. Onlar xüsusi möminlərdir ki, niyyətiləri ancaq Allahdır. Nə behişt nemətlərində gözləri vardır və nə də Allahı behiştə çatmaq üçün istəyərlər. Onların tək hədəfi - İlahi rizanı qazanmaqdır. Həyatlarının hər bir anında və hər hansı yerdə olursa-olsun, tək səyləri bunun üçün olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, onlara bu yolda bəzi amillər yardım edir. O cümlədən:

1. Vilayəti qəbul etmək. Həzrət Peyğəmbər (s) və Məsum İmamların (ə) vilayətini qəbul edən möminlər qələbə çalarlar. Allah Təala Quranda buyurur: "Həqiqətən sizin başçınız və işlərinizin ixtiyar sahibi yalnız Allah, Onun peyğəmbəri və iman gətirənlər - namaz qılıb rüku halında zəkat verən kəslərdir. (Hər iki məzhəb tərəfindən nəql edilmiş rəvayətlərə əsasən, cəm şəkildə buyurulan bu ayənin yeganə nümunəsi İmam Əli (ə) və onun rüku halında üzük bağışlamasıdır)". ("Maidə" 55).

2. Allaha və Qiyamət gününə iman bəsləmək. Bu möminlərin qələbə çalmasının ikinci şərti - Allaha və Qiyamət gününə iman gətirməsidir. "Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə - hətta öz ataları, övladları (oğulları), qardaşları və qohumları olsalar belə - dostluq etdiyini görməzsən.

Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir və Öz tərəfindən olan bir ruhla (məxsus bir nurla, yaxud Qur'an maarifi ilə, ya qeybi uğurlarla) onları qüvvətləndirmişdir". ("Mücadilə" 22).

3. Allah düşməni ilə dostluq etməmək. O kəs ki, Allahın xas bəndəsidir - ancaq Allaha məhəbbət bəsləyər. Allah düşmənləri ilə dostluq etməkdən çəkinər.

"Allaha və axirət gününə iman gətirən qövmün, Allah və Onun Rəsulu ilə düşmənçilik edənlərlə - hətta öz ataları, övladları (oğulları), qardaşları və qohumları olsalar belə - dostluq etdiyini görməzsən". ("Mücadilə" 22).

4. İman onların qəlblərində yəqinlik məqamına çatmışdır. "Onlar elə kəslərdirlər ki, Allah onların qəlbində imanı sabit etmişdir". ("Mücadilə" 22).