Peyğəmbərlər – Allahla bəşər arasında vasitəçilər


Digərləri 25 İyn 2019 21:45:00 210 0

Peyğəmbərlər – Allahla bəşər arasında vasitəçilər

Peyğəmbərliyin əsas şərtləri

Şübhəsiz, hər bir peşənin sahibi müəyyən xüsusiyyətlərə malik olmalı, bəzi məziyyətlərlə başqalarından seçilməlidir. Əgər bu sifətlər onda olmasa, öz vəzifəsini yerinə yetirə bilməz, cəmiyyətdə mövqeyini və hörmətini itirər, insanlar tərəfindən sevilməz. Belə insanı ya bacarıqsız, ya da yalançı adlandırarlar.

Məsələn, müəllim mütləq bir neçə xüsusiyyətə malik olmalıdır. O, dərs dediyi fənni mükəmməl bilməli, tədris metodikasından xəbərdar olmalı, uşaq və yeniyetmələrin psixologiyasını öyrənib onlarla rəftar etməyi bacarmalı, şagirdlərin məhəbbətini qazanmalı, onlarda fənnə qarşı maraq yaratmalı, gözəl əxlaqı və davranışı ilə şagirdlərə nümunə göstərməlidir. Bu tələblərin hər hansı birinə cavab verməyən müəllim hərtərəfli pedaqoq sayılmaz, öz fəaliyyəti ərzində müvəffəqiyyət qazanmaz və şagirdləri tərəfindən sevilməz.

Bəşəriyyətin mətin rəhbəri və səbrli tərbiyəçisi olan peyğəmbərlərin də müəyyən xüsusiyyətlərə malik olması zərurəti inkaredilməzdir. Bu xüsusiyyətlər hər bir Allah elçisinin peyğəmbərliyini sübuta yetirən əsas vasitələrdən sayılır.

a) Peyğəmbər günahsız olmalıdır

Peyğəmbər üçün vacib olan xüsusiyyətlərin birincisi günahsızlıqdır. Bu xüsusiyyətə "ismət", ona malik olan şəxsə isə "məsum" deyirlər. Bu barədə ötən məqalələrin birində ətraflı məlumat verilmişdir (bax: http://az.islam.az/article/a-480.html).

b) Peyğəmbər yüksək ağıl və zəkaya sahib olmalı, hiylələrə aldanmamalıdır

Aydındır ki, cəmiyyətə dini rəhbərlik edən şəxs cəmiyyətin hər bir fərdindən daha üstün ağla və zəkaya malik olmalıdır. Əgər camaat peyğəmbəri aldada bilsə, peyğəmbər mübahisəli məsələlərdə yalançı şahidlərin xeyrinə hökm verib şəriəti pozar. Bu zaman insanlar ona ya nifrət bəsləyər, ya da "sadəlövh" deyib istehza edərlər və peyğəmbər öz hörmətini itirər.

Həzrət Mühəmməd peyğəmbər (s) buyurmuşdur: "Allah-Taala göndərdiyi hər bir nəbinin və rəsulun ağlını kamilləşdirdi, onu ağılca bütün ümmətdən üstün etdi" ("Üsuli-Kafi").

c) Peyğəmbər səhv etməməlidir

Peyğəmbər camaatla rəftarında səhvə yol versə, onun üçün nöqsan sayılar. Əgər etdiyi səhvə görə üzr istəsə, nəticəsi əvvəlkindən də pis olar. Allahdan vəhy alan Peyğəmbərə səhvini başa salan insanlar özlərinin Allahdan daha elmli olduqlarını düşünərlər; peyğəmbərin üzr istəməsi isə onların bu fikrini lap qüvvətləndirər.

Buna görə də Allah öz peyğəmbərini səhv etməyə qoymur. Bu, məcburən baş vermir; Allah peyğəmbərə elə parlaq zəka bəxş edir ki, o, hər bir hərəkətinin aqibətini irəlicədən görür və uzaqgörənliklə tərpənib səhvdən qoruna bilir.

Yuxarıda sadalanmış xüsusiyyətlər peyğəmbəri adi mütəfəkkirdən və alimdən fərqləndirir. Onların arasındakı əsas fərqlər aşağıdakılardır:

1) Alim və mütəfəkkir öz biliyini ya müəllimdən öyrənir, ya kitablardan oxuyur, ya da təcrübə vasitəsilə əldə edir. Halbuki, peyğəmbərin bütün elmi Allah tərəfindən ona ötürülür. Peyğəmbərin müəllimi - Allah, kitabı - ona verilən vəhydir.