Qəzada yanan avtomobildən narkotik aşkarlandı,


Dünya 25 İyn 2019 21:37:00 229 0

Qəzada yanan avtomobildən narkotik aşkarlandı,

İranın İsfahan vilayətinin Nain rayonunda Peugeot 405 markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində ağır yol qəzası baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın İsfahan vilayəti Nain rayonunun hüquq-mühafizə orqanının rəisi polkovnik İrəc Kakavənd polis informasiya agentliyinə açıqlamasında deyib.

İ.Kakavəndin sözlərinə görə, hadisə nəticəsində minik avtomobilinin sürücüsü və sərnişini yanaraq ölüb.

Kakavənd əlavə edib ki, avtomobilə baxış keçirilərkən baqajda 75 kq həşiş aşkarlanıb.