Çox zəngin insanın sədəqə istəməsi


Digərləri 25 İyn 2019 21:20:00 209 0

Çox zəngin insanın sədəqə istəməsi

Məkkəyə gedən şəxslərdən biri nəql edir ki, insanlara yardım etmək üçün yanında bir qədər sədəqə götürmüşdü: "Bu  niyyətlə Məscidul-Hərama daxil oldum. Orada bir yoxsul insan gördüm ki, təvaf etdikdən sonra yavaş səslə Allaha yalvarır və dua edirdi: "Allahım! Mən ac və paltarsızam. Sən Özün mənə yardım et".

Düşündüm ki, sədəqə verəcəyim şəxsi tapmışam. Onun yanına getdim və bütün pulları ona verdim. Ancaq o beş dirhəmdən çoxunu götürmədi və qalanını mənə geri qaytardı. Dedi: "Bu dörd dirhəm ilə özümə təzə paltar alacağam və bir dirhəm də mənim üç günlük yeməyimə kifayət edəcəkdir".

Sonrakı gecə Məscidul-Hərama daxil olanda həmin şəxsi yeni paltar geyinmiş halda gördüm. O, mənim əlimdən tutdu və bir yerdə təvaf etməyə başladıq. Təvaf zamanı gördüm ki, ayaqlarımızın altı qızıl, gümüş və yaqutla doludur. Ayaqlarımız dizə qədər qızıla batmışdı.

Ancaq başqa insanlar bu mənzərəni görmürdülər.

Bu zaman həmin şəxs mənə dedi: "Bütün bu malları Allah mənə inayət etmişdir. Ancaq mən onlara göz yummuşam. Zahidlik yolunu seçmişəm. Bu yolda mənim üçün ağırlıqlar və fitnələrdən nicat vardır"". (Həvzəh)