Kıvanç Tatlıtuğ zəhərləndi


Digərləri 25 İyn 2019 19:57:00 698 0

Kıvanç Tatlıtuğ zəhərləndi

Məşhur aktyor Kıvanç Tatlıtuğ xəstəxanaya yerləşdirilib.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, aktyorun mədəsini yuyublar. İki saat nəzarət altında qaldıqdan sonra aktyoru evə buraxıblar.

Məlum olub ki, aktyor yemək yedikdən sonra özünü pis hiss edib. Sürücüsü Kıvançı Ulus səmtindəki xəstəxanaya aparıb. Həkimlər zəhərlənmədən şübhələniblər. Mədəsi yuyulan aktyor iki saat sonra evə buraxılıb.