Yasamalda reyd: 150 piyada, 18 sürücü saxlanıldı (FOTO)


Digərləri 25 İyn 2019 19:49:00 215 0

Yasamalda reyd: 150 piyada, 18 sürücü saxlanıldı (FOTO)

Dövlət Yol Polisi əməkdaşları profilaktik-maarifləndirmə tədbiri keçirib

Bakı. Samir Əli - Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi əməkdaşları rayon ərazisində piyada keçidlərindən istifadə, qanunsuz parklanma, piyada səkilərində avtomobillərin qanunsuz saxlanılması və digər faktlara qarşı profilaktik-maarifləndirmə tədbiri keçirib. Trend-in əməkdaşının iştirakı ilə keçirilən tədbirdə qaydalara əməl etməyən piyada və sürücülər saxlanılaraq maarifləndirilib. Yasamal rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzibati Təcrübə üzrə inspektoru, polis baş leytenantı Məsim Hüseynzadə bildirib ki, gün ərzində keçirilən profilaktik tədbirlər nəticəsində 150 piyada müəyyən olunmuş piyada keçidindən istifadə etmədiyi üçün saxlanılıb. Onun sözlərinə görə, həmin piyadalar keçiddən istifadə qaydaları və keçiddən istifadənin vacibliyi barədə təlimatlandırılıb: "Həmçinin tədbir çərçivəsində rayon ərazisində ödənilməmiş cəriməsi olan 18 avtomobil müəyyən edilərək saxlanılıb. Həmin sürücülərdən 15 nəfər dərhal cəriməni yerində ödədiyi üçün buraxılıb. Digər 3 sürücüyə xəbərdarlıq edilib.