“Qiymətlərimin çoxu 3 idi ”


Şou-biznes 25 İyn 2019 19:44:00 248 0

“Qiymətlərimin çoxu 3 idi ”

Ölkənin ilk uşaq telekanalı "ARB Günəş"in "Mən məktəbli ikən" verilişinin qonağı xalq artisti, məşhur şoumen Murad Dadaşov olub. Son.az xəbər verir ki, o, məktəbdə yaxşı şagirdlər sırasında olmadığını etiraf edib: "Bəzən uğur qazanan insanlar haqqında əfsanələr yayılır ki, bütün qiymətləri əla idi, dərslərə vaxtı-vaxtında gəlirdi və s. Mən isə elə şagird deyildim. Bir-iki fəndən 5 qiyməti alırdım qalanları 3 və 4 idi. Aldığım qiymətlər ona görə aşağı deyildi ki, mən pis oxuyurdum, sadəcə çox nadinc bir uşaq idim. Hətta zarafatla deyirəm ki, məktəbi bitirəndə mənim bir dənə də 4 qiymətim yox idi, hamısı 3 idi. Musiqi və rəsmxətt dərslərini əla qiymətlərlə oxuyurdum. Oxuduğum 160 nömrəli məktəbin xüsusi mühiti var idi. Sinifimizdə oxuyan uşaqların əksəriyyəti bu gün uğur qazanmış insanlardır. Mənimlə oxuyan uşaqların çoxu xaricdədir". Murad Dadaşov müasir dövrün məktəblilərinə tövsiyyələrini də verib: "Əziz məktəblilər, düzdür, bütün həyatınız qabaqdadır, amma sizə acı bir həqiqəti deyim ki, vaxt o qədər də çox deyil. Vaxt çox məhduddur və təhsilinizə ayıracağınız zaman ondan da azdır. Nə qədər ki, asudə vaxtınız kifayət qədər var, öyrənin! Dil öyrənin, peşə öyrənin, hər şeylə maraqlanın, musiqi alətlərində ifa etməyi öyrənin, kitab oxuyun. Nə qədər çox oxusanız sizin xeyrinizədir". Xatırladaq ki, "Mən məktəbli ikən" telelayihəsi hər həftənin şənbə günü axşam saat 18:00-da "ARB Günəş"in efirində yayımlanır.

Son.az 


Xəbərə aid fotolar