ADU-da “İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” Beynəlxalq Konfransı keçirilib (FOTO)


Digərləri 25 İyn 2019 19:45:00 277 0

ADU-da “İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” Beynəlxalq Konfransı keçirilib (FOTO)

22-23 iyun tarixlərində ADU-da “İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” Beynəlxalq Konfransı keçirilib.

Bakı. 22-23 iyun tarixlərində Azərbaycan Dillər Universitetində (ADU) “İpək yolu: Mərkəzi Avrasiya və Çin arasında” Beynəlxalq Konfransı keçirilib. ADU-dan Trend-ə verilən məlumatda konfransda iştirak edən alimləri təəssüratlarını bölüşür. Pekinq Universitetinin Tarix fakültəsinin dekan müavini Zan Tao: “Mən təşkilat komitəsinin üzvüyəm. Bakını seçməmişdən əvvəl bir neçə variantlarımız var idi. İstanbul, Ankara, Səmərqənd kimi şəhərlərdən hansının ola biləcəyi üzərində suallarımız çox oldu. Bakını seçməyin bir çox səbəbləri oldu. Bakının seçilməsi bizi çox həyəcanlandırır. Bakı Avrasiyanın mərkəzidir. Həmçinin, müasir şəhərdir. Bu layihə Pekinq və İndiana universitetlərinin əməkdaşlığı nəticəsində reallaşdı.