Azərbaycanda ilk dəfə Vokal Televiziya Müsabiqəsi elan olunur


Kriminal 25 İyn 2019 19:24:00 215 0

Azərbaycanda ilk dəfə Vokal Televiziya Müsabiqəsi elan olunur

Azərbaycan Televiziyası "Mədəniyyət" Kanalının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Vokal Televiziya Müsabiqəsi elan olunur.

Son.az xəbər verir ki, "Mədəniyyət" Kanalının direktoru, Ramil Qasımovun dediklərinə görə, bu gün dövlətimiz tərəfindən bütün sahələrə olduğu kimi, Azərbaycan mədəniyyətinə də xüsusi diqqət və qayğı göstərilir: "Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət bu gün də ölkə rəhbərliyi tərəfindən layiqincə davam etdirilir. Bu işdə Heydər Əliyev Fondunun, xüsusilə ölkəmizin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri var. Hər il keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, klassik dünya musiqiçilərinin Azərbaycana gəlişi, Azərbaycan klassik ifaçılarının xarici ölkəıərə səfərləri onlara yüksək ruh verir ki, bu da mədəniyyətimizin inkişafı üçün yeni yollar açır".

Ramil Qasımov qeyd edib ki, Azərbaycan klassik musiqisinin dərin kökləri var və bu köklərə söykənərək, Azərbaycanda ilk dəfə Vokal Televiziya Müsabiqəsinin keçirilməsi qərara alınıb. Müsabiqənin keçirilməsində məqsəd yeni vokalçıları üzə çıxarmaq, onları televiziya vasitəsilə xalqa tanıtmaq, təbliğ etməkdir. Müsabiqənin proqramına həm Avropa, həm də Azərbaycan klassik musiqi nümunələri, opera və operettalardan parçalar, ariyalar daxildir. Bu nümunələr 18-30 yaş arası vokalçılar tərəfindən təqdim olunacaq.

Ramil Qasımov müsabiqədə dəstəyi olan bütün mədəniyyət qurumlarına təşəkkürünü bildirərək, bu televiziya müsabiqəsinin vokalçılar üçün yeni səhifə açacağına, yeni imkanlar yaradacağına əminliyini vurğulayıb.

Qeyd edək ki, müsabiqəyə sənəd qəbulu noyabrın 25-nə qədər davam edəcək. 18-30 yaş arası ştirakçılar göstərilən tarixə qədər fortepianonun müşayiəti ilə Azərbaycan və Avropa klassik musiqilərindən ibarət videoyazını 050 492 14 58 whatsapp nömrəsinə, özləri haqqında məlumatı və şəxsiyyət vəsiqəsinin surətini [email protected] elektron ünvanına göndərə bilərlər. Müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq.


Xəbərə aid foto