AZAL Bakıdan Dehliyə ilk birbaşa aviareysi həyata keçirib


Digərləri 25 İyn 2019 19:27:00 203 0

AZAL Bakıdan Dehliyə ilk birbaşa aviareysi həyata keçirib

AZAL bu gündən Bakıdan Hindistanın ən böyük şəhərlərindən biri - Dehliyə müntəzəm və çarter reyslərini həyata keçirir.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, bu gün ilk uçuş baş tutub.

AZAL-ın reysləri həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri ekonom və biznes sinif konfiqurasiyalı "Boeing-757" təyyarələri ilə həyata keçiriləcək.

Uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportu Terminal 1-dən həyata keçiriləcək.