Oksananın "Sevgi romanı"


Şou-biznes 25 İyn 2019 19:19:00 251 0

Oksananın "Sevgi romanı"

Rəqqasə Oksana Rəsulova yeni filminin hazırlıqlarına başlayıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, ekran işi "Sevgi romanı" adlanacaq. Filmin baş prodüseri və qəhrəmanı Oksana özüdür. Romantik triller-melodramanın ideya müəllifi İsmayıl Bağırovdur.

Senari müəllifi Azər Aydəmirin olduğu "Sevgi romanı"nda Şəhriyar Əbilov, Kamran Ağabalayev, Zümrüd Bədalova, Cavid Sarıbalayev və başqaları rol alacaqlar.

Oksana bildirib ki, film bu ilin sonuna kimi tamaşaçıların ixtiyarına veriləcək.