Maykl Ceksonun məzarı ilə bağlı həqiqətlər üzə çıxdı


Digərləri 25 İyn 2019 18:49:00 357 0

Maykl Ceksonun məzarı ilə bağlı həqiqətlər üzə çıxdı

Bu gün Pop Kralı Maykl Ceksonun ölümündən 10 il ötür.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, bu yaxınlarda Ceksonun məzarı ilə bağlı həqiqətlər üzə çıxıb. Məlum olub ki, ailəsi Ceksonun ölümündən sonra da meyitinin qayğısına qalır və və cənazənin yerləşdirildiyi qızıl qapaqlı tabutun da üstünü betonlayıblar.

"The Mirror" qəzetinin xəbərinə əsasən, Cekson səhnə kostyumu, ağ əlcəkləri də daxil olmaqla musiqi həyatına damğa vuran əşyaları ilə birlikdə dəfn edilib. Ailə qızıl qapaqlı tabutu oğrulardan qorumaq üçün betonlayıb.

Ceksonun övladları isə "Ata, səni çox sevirik, sənin üçün çox darıxacağıq" yazılı kağızları tabuta yerləşdiriblər. Qeyd edilir ki, tabutun qiyməti 18 min dollardır və Pop kralına parik taxılıb və saçları çiyninə qədər uzanıb. Bir makiyaj ustası isə Ceksona makiyaj edib.


Xəbərə aid foto