Birinci vitseprezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib FOTO


Siyasət 25 İyn 2019 17:26:00 233 0

Birinci vitseprezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib  FOTO

İyunun 25-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim, Əməkdar jurnalist, Bakı Dövlət Universitetinin professoru Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak etmək üçün paytaxtdakı Təzə Pir məscidinə gəldi.

Mehriban Əliyeva Şirməmməd Hüseynovun ailə üzvləri ilə görüşdü, Prezident İlham Əliyevin adından və öz adından onlara dərin hüznlə başsağlığı verdi.


Xəbərə aid fotolar