“Yaşındanbaşından utan, yalandan üzümə gülmə”


Şou-biznes 25 İyn 2019 17:09:00 237 0

“Yaşındanbaşından utan, yalandan üzümə gülmə”

"İmtahan" serialının qəhrəmanı, tanınmış aktyor Sənan Əlləz sosial şəbəkədə  "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmovu tənqid edib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, o, feysbukda status yazaraq Əməkdar incəsənət xadiminin vəzifəsindən sui-istifadə etdiyini vurğulayıb:

"Müşfiq Hətəmov, eşidirəm ki, hər varianta əl atırsan ki, kinostudiyada filmə təsdiqlənməyim. Özün bilərsən, Müşfiq, vəzifədən sui-istifadə edirsən, mənə nə. Amma sənin tayların ağsaqqal hesab olunur, yaşından-başından utan, məni görəndə isə yalandan üzümə gülmə".