Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib (FOTO)


Digərləri 25 İyn 2019 17:03:59 42 0

Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə 
Birgə Komissiyanın ikinci iclası keçirilib (FOTO)

İclasın yekunlarına dair protokol imzalanıb.

Bakı. Bakıda Azərbaycan Respublikası Hökuməti və Monteneqro Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclası keçirilib. İclasın yekunlarına dair protokol imzalanıb. Birgə Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Monteneqro Respublikasının İqtisadiyyat naziri xanım Draqitsa Sekuliçdir. Trend-in məlumatına görə, iclasda S.Babayev iki ölkə arasında 11 il əvvəl qurulan əlaqələrin inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatdığını, Monteneqronun Azərbaycanda Diplomatik Nümayəndəliyinin (2019-cu ilin aprel) açılışının bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə və inkişafına təkan verəcəyini qeyd edib. O bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn müvafiq normalarına və dövlətlərin ərazi bütövlüyü çərçivəsində ədalətli həlli ilə bağlı Monteneqronun mövqeyini yüksək qiymətləndirir. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20% -i işğal edilib və 1,2 mln. vətəndaşımız qaçqın və məcburi köçkün olub. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllini dəstəkləyir. Bu məqsədə nail olmaq üçün Azərbaycanın işğal olunmuş əraziləri qeyd-şərtsiz azad edilməlidir, bu ərazilərdə Azərbaycanın suverenliyi tamamilə bərpa olunmalı və məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar. S.Babayev vurğulayıb ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə mühüm tarixi nailiyyətlər əldə edən Azərbaycan bu gün eyni zamanda Avropanın müasir dəyərlərini və Şərqin zəngin ənənələrini özündə birləşdirən yeganə cəmiyyətə malikdir. Cəmiyyətimizin bu xüsusiyyətləri Xəzər dənizi regionunda, eləcə də Mərkəzi Asiya ölkələrində Avropa dəyərlərinin inkişafında vacib rol oynayır. Bu baxımdan Avropanın vacib və etibarlı tərəfdaşı olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfəsini vermək üçün enerji ixracat marşrutlarını diversifikasiya edib. Azərbaycan və Monteneqro arasında əməkdaşlığa dair 17 sənəd imzalanıb, daha 5 layihə də hazırlanır. Sərmayə və ticarət sahəsində əməkdaşlığın ikitərəfli iqtisadi münasibətlərdə əhəmiyyətini vurğulayan, Azərbaycanın Monteneqro üzrə 45,04 milyon avro ilə üçüncü böyük investor olduğunu qeyd edən nazir investisiya qoyuluşları sahəsində görüləcək işləri də diqqətə çatdırıb. O, 2019-cu ilin 4 ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin çox ciddi şəkildə artdığını, lakin bu dövriyyənin mövcud potensialı əks etdirmədiyini, bu sahədə mühüm addımlara, o cümlədən biznes mühitinin və iqtisadi maraqların qarşılıqlı araşdırılmasına ehtiyac olduğunu bildirib. S.Babayev hazırda keçirilən Azərbaycan-Monteneqro biznes forumunun biznes dairələri arasında əlaqələrin daha da möhkəmlənməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. O, iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün nəzərdə tutulan layihələri diqqətə çatdırıb. Dövlət idarəetmə, informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün işlərin davam etdirildiyini bildirib. Xanım D.Sekuliç ölkəsinin Azərbaycanla olan dost münasibətlərinin iki ölkə arasında bütün sahələrdə əlaqələrin geniş miqyas almasına səbəb olduğunu qeyd edib. O, bir çox sahələri əhatə edən əməkdaşlıq təcrübəsindən bəhs edərək, mövcud potensial müqabilində əməkdaşlığın genişlənməkdə davam edəcəyinə ümidvar olduğunu, bu istiqamətdə böyük perspektivlərə doğru məqsədyönlü işlərin aparıldığını bildirib. Xanım D.Sekuliç ilk iclasın müsbət nəticələrini, əməkdaşlıq müstəvisində birgə layihələri və bu sahədə gələcək prioritetləri qeyd edib, hazırda keçirilən icasın səmərəli nəticələrinin olacağına əminlik ifadə edib.
İyunun 27-nə manatın məzənnəsi like
  • 25 İyn 17:00  
Digərləri İyunun 27-nə manatın məzənnəsi

İyunun 27-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Bakıda polislər yola çıxan at ilxısını belə yaxaladı like
  • 25 İyn 16:54  
Digərləri Bakıda polislər yola çıxan at ilxısını belə yaxaladı

3 gün öncə Pirallahı rayonuna (Pirallahı adası) film çəkilişi üçün g

arrow Ətraflı
Şəkli paylaşan Şəbnəm oldu, qınanan Xumar like
  • 25 İyn 16:49  
Şou-biznes Şəkli paylaşan Şəbnəm oldu, qınanan Xumar

Müğənni Şəbnəm Tovuzlu əməkdar artist Xumar Qədimova ilə fotosunu payl

arrow Ətraflı
Bakıda iki nəfərin ölümündə təqsirləndirilən polis əməkdaşı bəraət aldı like
  • 25 İyn 16:46  
Digərləri Bakıda iki nəfərin ölümündə təqsirləndirilən polis əməkdaşı bəraət aldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol

arrow Ətraflı
Kamçatkada güclü zəlzələ like
  • 25 İyn 16:44  
Dünya Kamçatkada güclü zəlzələ

Rusiyanın Kamçatka diyarı sahillərində Rixter cədvəli ilə 6,6 bal gücü

arrow Ətraflı
“Range Rover”lə qəza törədən polisə bəraət verildi like
  • 25 İyn 16:39  
Digərləri “Range Rover”lə qəza törədən polisə bəraət verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində "Range Rover"lə qəza tör

arrow Ətraflı
Sabahdan Bakıda havanın temperaturu enəcək like
  • 25 İyn 16:39  
Digərləri Sabahdan Bakıda havanın temperaturu enəcək

İyunun 26-dan Bakıda və Abşeron yarımadasında havanın temperaturu enəcə

arrow Ətraflı
Umayra Tağıyeva: Bu il iyunda temperatur ötən ilkindən 10 dərəcə yüksəkdir like
  • 25 İyn 16:35  
Digərləri Umayra Tağıyeva: Bu il iyunda temperatur ötən ilkindən 10 dərəcə yüksəkdir

Bu il Azərbaycanda kəskin istilər daha tez müşahidə olunur. Temperaturun y

arrow Ətraflı
“S400”lər təslim edilsə…” like
  • 25 İyn 16:34  
Dünya “S400”lər təslim edilsə…”

ABŞ-ın NATO-dakı nümayəndəsi Türkiyənin Rusiyadan aldığı "S-400&

arrow Ətraflı
Məşhur aranjımançıdan xəbər yoxdur like
  • 25 İyn 16:29  
Dünya Məşhur aranjımançıdan xəbər yoxdur

Murat Boz, İşın Karaca, Emre Kaya kimi populyar şəxslərlə ortaq layihəl

arrow Ətraflı
Ramin Quluzadə Oğuzda vətəndaşları qəbul edib (FOTO) like
  • 25 İyn 16:27  
Digərləri Ramin Quluzadə Oğuzda vətəndaşları qəbul edib (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərə

arrow Ətraflı
“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb like
  • 25 İyn 16:21  
Digərləri “Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb

Ölkənin ən geniş 4G şəbəkələrindən birinə malik olan "Nar"-

arrow Ətraflı
Robert Koçaryan yenidən həbs edildi like
  • 25 İyn 16:20  
Digərləri Robert Koçaryan yenidən həbs edildi

Ermənistan Apellyasiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryan

arrow Ətraflı