Kamçatkada güclü zəlzələ


Dünya 25 İyn 2019 16:44:00 202 0

Kamçatkada güclü zəlzələ

Rusiyanın Kamçatka diyarı sahillərində Rixter cədvəli ilə 6,6 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, yeraltı təkanlar Ust-Kamçatsk qəsəbəsindən 113 kilometr şərqdə qeydə alınıb.

Zəlzələnin episentri yerin 33 kilometr dərinliyində olub.

Hadisə nəticəsində hər hansı bir itki və ya fəsadın olmadığı deyilir.