Umayra Tağıyeva: Bu il iyunda temperatur ötən ilkindən 10 dərəcə yüksəkdir


Digərləri 25 İyn 2019 16:35:00 59 0

Umayra Tağıyeva: Bu il iyunda temperatur ötən ilkindən 10 dərəcə yüksəkdir

Bu il Azərbaycanda kəskin istilər daha tez müşahidə olunur. Temperaturun yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir.

Bakı. İlhamə İsabalayeva - Bu il Azərbaycanda kəskin istilər daha tez müşahidə olunur. Temperaturun yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, iyun ayının ilk günlərindən anomal isti hava şəraiti fonunda son illərin maksimal temperatur göstəriciləri yenilənir. Keçən ilin iyun ayı ilə müqayisədə bu fərq 5-7, bəzi günlərdə hətta 10 dərəcə təşkil edir: "Son günlərdə bu ayın ən yüksək temperaturu qeydə alınıb. Bakıda 37, Abşeron yarımdasında 39,6, Aran rayonlarında 40-42 dərəcə isti olub ki, bu da iqlim normasından 7,8 dərəcə yüksəkdir. Belə temperatur rejimi Azərbaycanda iyul ayının ikinci yarısı, avqust ayı üçün daha çox səciyyəvidir". U.Tağıyeva əlavə edib ki, son illərdə Azərbaycanda orta illik temperaturun 1,4 dərəcə yüksəlməsi iqlim dəyişmələrinin göstəricisidir. Bu artım, təbii olaraq, gündəlik maksimum göstəricilərin artmasında özünü daha çox hiss etdirir. Onun sözlərinə görə, anomal isti günlərin həm sayı, həm də davamiyyəti artır: "Gözlənilən istilər haqqında qabaqcadan xəbərdar olub, əhalini anomal isti günlərdə öz səhhətlərinə daha diqqətli olmağa çağırırıq. Analar uşaqları Günəş şüasından qorusunlar, yaşlı insanların Günəşin altında olmaları məsləhət deyil". U.Tağıyeva qeyd edib ki, iqlim dəyişmələrinin təsirləri çoxşaxəlidir, bu proses temperaturun yüksəlməsi ilə bərabər, həmçinin, təhlükəli hadisələrin artması ilə səciyyələnir: "Uzunmüddətli quraqlıqlar, su ehtiyatlarının azalması kimi proseslər iqlim dəyişmələrinə həssaslığı artırır. İstər kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsində, istər sudan istifadədə yanaşmaların dəyişməsində biz iqlim dəyişmələri ilə bağlı riskləri azalda, onlara uyğunlaşa bilərik. Bir çox ölkələrin təcrübəsi burada nəzərə alına bilər. Xəzər dənizin tərəddüdləri də iqlim faktoru baxımından ölkəmiz üçün aktualdır. 1995-ci ildə qeydə alınan maksimum göstəricidən səviyyənin 1,2 metr aşağı enməsi, sahilyanı infrastruktur layihələrin icrasında səviyyənin ümumi dəyişikliyinin nəzərə alınmasını vacib edir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələr fəsadlarla nəticələnir, şiddətli küləklər, dolu prosesləri, daşqınlar, sel hadisələri daha tez-tez qeydə alınır. Bu proseslər, təbii ki, qarşısı alınmayan hadisələrdir. Ölkələrdə fəsadları nisbətən azaltmaq yalnız qabaqcadan xəbərdarlıq sisteminin gücləndirilməsi ilə mümkündür. Burada beynəlxalq təcrübə öyrənilir və onların tətbiqində hidrometeorologiya xidmətlərinin məsuliyyəti artır”.
“S400”lər təslim edilsə…” like
  • 25 İyn 16:34  
Dünya “S400”lər təslim edilsə…”

ABŞ-ın NATO-dakı nümayəndəsi Türkiyənin Rusiyadan aldığı "S-400&

arrow Ətraflı
Məşhur aranjımançıdan xəbər yoxdur like
  • 25 İyn 16:29  
Dünya Məşhur aranjımançıdan xəbər yoxdur

Murat Boz, İşın Karaca, Emre Kaya kimi populyar şəxslərlə ortaq layihəl

arrow Ətraflı
Ramin Quluzadə Oğuzda vətəndaşları qəbul edib (FOTO) like
  • 25 İyn 16:27  
Digərləri Ramin Quluzadə Oğuzda vətəndaşları qəbul edib (FOTO)

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi tərə

arrow Ətraflı
“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb like
  • 25 İyn 16:21  
Digərləri “Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb

Ölkənin ən geniş 4G şəbəkələrindən birinə malik olan "Nar"-

arrow Ətraflı
Robert Koçaryan yenidən həbs edildi like
  • 25 İyn 16:20  
Digərləri Robert Koçaryan yenidən həbs edildi

Ermənistan Apellyasiya məhkəməsi ölkənin sabiq prezidenti Robert Koçaryan

arrow Ətraflı
Türkiyəyə bacısıgilə getmişdi, like
  • 25 İyn 16:19  
Digərləri Türkiyəyə bacısıgilə getmişdi,

Türkiyənin Yalova şəhərində yaşayan bacısının yanına istirahətə ged

arrow Ətraflı
TƏCİLİ: like
  • 25 İyn 16:17  
Dünya TƏCİLİ:

Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanın h

arrow Ətraflı
Şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır like
  • 25 İyn 16:13  
Digərləri Şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır

Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi el

arrow Ətraflı
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib like
  • 25 İyn 16:07  
Digərləri İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müf

arrow Ətraflı
Yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib like
  • 25 İyn 16:04  
Digərləri Yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

İpoteka və Kredit Zəmanət Fondunun yeni "Elektron ipoteka və kredit z

arrow Ətraflı
Boksçumuz Avropa Oyunlarında 1/4 finala yüksəlib like
  • 25 İyn 15:59  
Digərləri Boksçumuz Avropa Oyunlarında 1/4 finala yüksəlib

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlar

arrow Ətraflı
Əməkdar artistin hər kəsdən gizlətdiyi qızı üzə çıxdı like
  • 25 İyn 15:59  
Şou-biznes Əməkdar artistin hər kəsdən gizlətdiyi qızı üzə çıxdı

Əməkdar artist Elxan Yunisin ilk evliliyindən olan qızını gizlətdiyi orta

arrow Ətraflı
Bakının mərkəzində yük maşını aşdı like
  • 25 İyn 15:54  
Digərləri Bakının mərkəzində yük maşını aşdı

Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
4 ay ərzində 70 binanın istismarına müsbət rəy verilib like
  • 25 İyn 15:52  
Digərləri 4 ay ərzində 70 binanın istismarına müsbət rəy verilib

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdi

arrow Ətraflı