Şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır


Digərləri 25 İyn 2019 16:13:00 298 0

Şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır

Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır.

Bakı. Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə görülən işlərlə əlaqədar 1 avqust 2019-cu il tarixinədək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır. Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər.