Yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib


Digərləri 25 İyn 2019 16:04:00 64 0

Yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

İpoteka və Kredit Zəmanət Fondunun yeni "Elektron ipoteka və kredit zəmanət" sistemi əhalinin və Fondun müvəkkil təşkilatlarının (banklar, sığortaçılar və qiymətləndiricilər) istifadəsinə verilib.

Son.az xəbər verir ki, Fonddan Trend-ə verilən məlumata görə, son dövrlərdə ölkədə avtomatlaşdırma proseslərinin geniş miqyasda tətbiqi, ölkə başçısının elektron xidmətlərin göstərilməsi ilə bağlı müvafiq fərmanlarından irəli gələn tapşırıqların icrası, eləcə də Fondun institusional idarəetməsi və fəaliyyət istiqamətləri üzrə həyata keçirilən dəyişikliklər yeni "Elektron ipoteka və kredit zəmanət" sisteminin yaradılmasını zəruri edib.

Bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 may tarixli 30 nömrəli Fərmanı ilə "Elektron ipoteka və kredit zəmanət" sistemi haqqında" Əsasnamə təsdiq edilib.

Yeni istifadəyə verilən sistem ən müasir texnoloji platforma üzərində qurulub. Proqramlaşdırma dili olaraq JAVA, PHP, verilənlər bazası olaraq "ORACLE 12C Enterprise Edition" üzərində qurulmuş sistem Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mərkəzində "AZCLOUD III" standartına malik bulud texnologiyası üzərində tətbiq edilib. Yeni sistemin qurulması zamanı növbəti dövrlərdə Fondun fəaliyyətininin genişlənməsi, kreditləşmə əməliyyatlarının və müştəri bazasının artması, yeni kredit məhsullarının və idarəetmə baxımından əlavə funksiyaların tətbiqi, sistemin geniş bazaya malik olması, sürətinə və çevikliyinə görə mövcud tələblərə cavab verməsi, bütün müasir veb brauzerləri dəstəkləyən müasir platforma üzərində yaradılması və təhlükəsizlik kimi amillər nəzərə alınıb. Qeyd olunanlarla yanaşı, əvvəlki dövrlərdə elektron ipoteka sistemi daxilində istifadəyə verilmiş müxtəlif altsistemlərin yeni sistemdə vahid platforma üzərində birləşdirilməsi təmin edilib. Eyni zamanda, yeni sistemin Fondda tətbiq olunan digər yeni əməliyyat sistemlərinə inteqrasiyası təmin olunaraq Fondun əməliyyatlarının avtomatlaşdırılması müasir tələblərə uyğunlaşdırılıb.

Yeni sistem yalnız ipoteka kreditləşməsini deyil, Fondun Nizamnaməsində qeyd edilən bütün fəaliyyət istiqamətləri üzrə (sahibkarlıq kreditlərinə zəmanətlərin və faiz subsidiyalarının verilməsi, yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi) elektron xidmətlərin mərkəzləşdirilmiş qaydada təqdim olunmasını, iştirakçılara elektron sistemə inteqrasiya olunmuş informasiya sistemləri və ehtiyatlarından müvafiq sənədlər barədə informasiya əldə etmək imkanının yaradılmasını nəzərdə tutur. Yeni sistem əhalinin, sahibkarlıq subyektlərinin və Fondun əməkdaşlıq etdiyi müvəkkil təşkilatların Fondun təqdim etdiyi xidmətlərdən daha sürətli və səmərəli şəkildə istifadəsinə imkan verəcək.

Əməkdar artistin hər kəsdən gizlətdiyi qızı üzə çıxdı like
  • 25 İyn 15:59  
Şou-biznes Əməkdar artistin hər kəsdən gizlətdiyi qızı üzə çıxdı

Əməkdar artist Elxan Yunisin ilk evliliyindən olan qızını gizlətdiyi orta

arrow Ətraflı
Boksçumuz Avropa Oyunlarında 1/4 finala yüksəlib like
  • 25 İyn 15:59  
Digərləri Boksçumuz Avropa Oyunlarında 1/4 finala yüksəlib

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlar

arrow Ətraflı
Bakının mərkəzində yük maşını aşdı like
  • 25 İyn 15:54  
Digərləri Bakının mərkəzində yük maşını aşdı

Bakının mərkəzində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
4 ay ərzində 70 binanın istismarına müsbət rəy verilib like
  • 25 İyn 15:52  
Digərləri 4 ay ərzində 70 binanın istismarına müsbət rəy verilib

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdi

arrow Ətraflı
Gürcüstan parlamentinin yeni sədri seçilib like
  • 25 İyn 15:51  
Dünya Gürcüstan parlamentinin yeni sədri seçilib

Gürcüstan parlamentinin yeni sədri müəyyənləşib.

arrow Ətraflı
Təmas xəttində monitorinq insidentsiz başa çatıb like
  • 25 İyn 15:49  
Siyasət Təmas xəttində monitorinq insidentsiz başa çatıb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monito

arrow Ətraflı
Yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib like
  • 25 İyn 15:46  
Digərləri Yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

İKZF yeni “Elektron ipoteka və kredit zəmanət” sistemini istifadəyə ve

arrow Ətraflı
Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil ediləcək like
  • 25 İyn 15:35  
Digərləri Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil ediləcək

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də saat 18:30-d

arrow Ətraflı
Əli Əhmədov: "Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi" like
  • 25 İyn 15:34  
Siyasət Əli Əhmədov: "Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi"

"Sabah Silahlı Qüvvələr günüdür. Azərbaycanın hər bir vətəndaş

arrow Ətraflı
Əli Əhmədov: Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi like
  • 25 İyn 15:28  
Digərləri Əli Əhmədov: Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi

Sabah Silahlı Qüvvələr günüdür. Azərbaycanın hər bir vətəndaşı haq

arrow Ətraflı
İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən qadın saxlanıldı like
  • 25 İyn 15:24  
Kriminal İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən qadın saxlanıldı

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə İran İslam

arrow Ətraflı