Boksçumuz Avropa Oyunlarında 1/4 finala yüksəlib


Digərləri 25 İyn 2019 15:59:00 206 0

Boksçumuz Avropa Oyunlarında 1/4 finala yüksəlib

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının beşinci gününə start verilib.

Bakı. Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında boks yarışlarının beşinci gününə start verilib. Trend-in məlumatına görə, Azərbaycan yığmasının üzvü Cavid Çələbiyev Moldova təmsilçisi Dorin Buksa ilə qarşılaşmada 5:0 hesablı qələbə qazanıb. Bununla da təmsilçimiz 1/4 finala yüksəlib. Qeyd edək ki, C.Çələbiyev 1/4 final döyüşünü iyunun 26-da keçirəcək. C.Çələbiyevə qədər Rüfət Hüseynov (49 kq) və Lorenso Sotomayor (69 kq) da 1/4 finala yüksəlib.