4 ay ərzində 70 binanın istismarına müsbət rəy verilib


Digərləri 25 İyn 2019 15:52:00 66 0

4 ay ərzində 70 binanın istismarına müsbət rəy verilib

“Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası davam etdirilir

Bakı. Azərbaycan Respublikası Prezidentinin növbəti humanist addımı olaraq imzaladığı “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının icrası ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir. Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, görülmüş tədbirlər nəticəsində ötən 4 ay ərzində ümumilikdə 167 girişi, 11 872 mənzili olan, 1 128 190 m2 sahəni əhatə edən 70 binaya (kompleksə) dair müsbət rəy verilib. 68-i Bakı şəhəri, 1-i Abşeron rayonu, 1-i isə Gəncə şəhərində yerləşən bu binalara dair sənədlər komplektləşdirilərək, müvafiq qaydada onların istismara hazır olması barədə rəy tərtib edilib və aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim edilib. Aparılmış müayinələr nəticəsində aşkar edilən çatışmazlıqların aradan qaldırılması üzrə işlərin Fərmanla müəyyən olunmuş vaxtda başa çatdırılmasının təmin edilməsi, bu istiqamətdə qarşıya çıxan məsələlərin operativ həlli üçün birgə fikir mübadiləsinin aparılması məqsədi ilə cari ilin 23 may və 13 iyun tarixlərində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında aidiyyəti dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə növbəti müşavirələr keçirilib. Müşavirələrdə aidiyyəti üzrə görülmüş işlər barədə məlumat verilib, müayinə nəticəsində aşkar edilmiş çatışmazlıqlar, mövcud problemlər və onların həlli yolları barədə müzakirələr aparılıb, görüləcək tədbirlərə dair müvafiq tapşırıqlar verilib.
Gürcüstan parlamentinin yeni sədri seçilib like
  • 25 İyn 15:51  
Dünya Gürcüstan parlamentinin yeni sədri seçilib

Gürcüstan parlamentinin yeni sədri müəyyənləşib.

arrow Ətraflı
Təmas xəttində monitorinq insidentsiz başa çatıb like
  • 25 İyn 15:49  
Siyasət Təmas xəttində monitorinq insidentsiz başa çatıb

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monito

arrow Ətraflı
Yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib like
  • 25 İyn 15:46  
Digərləri Yeni “Elektron ipoteka və kredit zəmanət” sistemi istifadəyə verilib

İKZF yeni “Elektron ipoteka və kredit zəmanət” sistemini istifadəyə ve

arrow Ətraflı
Pirallahı sakinindən 1 kq-dan artıq marixuana götürülüb like
  • 25 İyn 15:40  
Digərləri Pirallahı sakinindən 1 kq-dan artıq marixuana götürülüb

Pirallahı rayon sakinindən marixuana götürülüb.

arrow Ətraflı
Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil ediləcək like
  • 25 İyn 15:35  
Digərləri Silahlı Qüvvələr Günü münasibətilə hərbi orkestrlərin çıxışları təşkil ediləcək

26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də saat 18:30-d

arrow Ətraflı
Əli Əhmədov: "Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi" like
  • 25 İyn 15:34  
Siyasət Əli Əhmədov: "Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi"

"Sabah Silahlı Qüvvələr günüdür. Azərbaycanın hər bir vətəndaş

arrow Ətraflı
Əli Əhmədov: Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi like
  • 25 İyn 15:28  
Digərləri Əli Əhmədov: Aprel döyüşləri ordumuzun statusunu qəti olaraq təsdiq etdi

Sabah Silahlı Qüvvələr günüdür. Azərbaycanın hər bir vətəndaşı haq

arrow Ətraflı
İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən qadın saxlanıldı like
  • 25 İyn 15:24  
Kriminal İrandan Azərbaycana narkotik keçirməyə cəhd edən qadın saxlanıldı

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinə İran İslam

arrow Ətraflı
Dekorativ bitkilər və onların zərərvericiləri like
  • 25 İyn 15:19  
Digərləri Dekorativ bitkilər və onların zərərvericiləri

Dünyada bitkilər müxtəlif ölçüdə və görünüşdə olurlar.

arrow Ətraflı
Türkiyədə 80ə yaxın miqrant saxlanıldı like
  • 25 İyn 15:19  
Dünya Türkiyədə 80ə yaxın miqrant saxlanıldı

Türkiyənin qərbindəki İzmir vilayətində 79 qeyri-leqal miqrant saxlanıl

arrow Ətraflı
PAŞA Bankdan hər kəsə qazandıran kampaniya! like
  • 25 İyn 15:10  
Digərləri PAŞA Bankdan hər kəsə qazandıran kampaniya!

3 ay müddətində həyata keçiriləcək kampaniyada PAŞA Bank əməkhaqq kart

arrow Ətraflı