"Megafun"dan partlayışla bağlı


Digərləri 25 İyn 2019 15:00:00 306 0

"Megafun"dan partlayışla bağlı

22.06.2019-ci il tarixində Megafun Əyləncə Mərkəzinə dair mediada yayılmış məlumatlarla bağlı bildirmək istərdik ki, insident uşaqların əyləndikləri və atrakssionların yerləşdiyi ərazidə olmayıb və Megafun Əyləncə Mərkəzi ilə heç bir əlaqəsi yoxdur.  

Belə ki, həmin insident ticarət mərkəzində yerləşən kafelərin birində müştəri tərəfindən dəvət olunan animatorun (janqlyorun) qeyri-peşakarlığı və ehtiyatsızlığı səbəbindən baş verib.

Bununla belə hadisə nəticəsində obyektdə quraşdırılmış avtomatik yanğınsöndürmə sistemi işə düşmüş və yanğının baş verməsinə şərait yaradılmamışdır.

Hadisə barədə məlumatlandırılmış aidiyyatı dövlət qurumları operativ şəkildə obyektə baxış keçirmişlər.


Xəbərə aid fotolar