Üç güləşçimiz Avropa Oyunlarının yarımfinalına yüksəlib


Digərləri 25 İyn 2019 14:21:00 243 0

Üç güləşçimiz Avropa Oyunlarının yarımfinalına yüksəlib

Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir.

Bakı. Belarusun paytaxtı Minskdə II Avropa Oyunları davam edir. Trend-in məlumatına görə, bu gün güləş yarışlarına start verilib. Mübarizəyə 57, 74, 86 və 125 kq-da çıxış edən sərbəst güləşçilər başlayıb. Mahir Əmiraslanov ilk mərhələdə çətinliklə də olsa, bolqar həmkarına qalib gəlib. 1/4 finalda Makedoniya idmançısına da gücünü göstərən həmyerlimiz yarımfinala yüksəlib. Hacımurad Hacıyev debütdə 3 qat Avropa çempionu ilə qarşılaşıb. Hakimlərin də müəyyən qədər simpatiyası fonunda Türkiyə pəhləvanı növbəti mərhələyə yüksəlib. Aleksandr Qostiyev yarışa inamlı qələbəylə başlayıb. Yığma üzvü ikinci hissədə qazandığı xallarla moldovalı rəqibini məğlub edib. Qostiyev 1/4 finalda gürcü güləşçinin də öhdəsindən gələrək yarımfinala çıxıb.