Azərbaycanda son 20 ilin rekord istisi qeydə alındı


Digərləri 25 İyn 2019 14:19:00 195 0

Azərbaycanda son 20 ilin rekord istisi qeydə alındı

Dünən qeydə alınan temperatur göstəricisi son 20 ildə iyun ayı üçün rekord olub. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumunun panelində çıxışı zamanı deyib. 

"Azərbaycanda dünən və bu gün çox isti olub. Havanın temperaturu 37-38 dərəcə təşkil edib. Bu da son 20 ildə iyun ayı üçün rekord göstəricidir".

Nazir qeyd edib ki, bu da iqlim dəyişikliyinin təzahürüdür.